ABŞ ilə İran arasında münaqişənin sülh yolu ilə həlli üçün pərdəarxası danışıqlar davam edir.
Modern.az xəbər verir ki, CNN-in məlumatına görə, bu prosesin ilk mərhələsi müharibədən əvvəlki vəziyyətə qayıdışı və Hörmüz boğazı vasitəsilə sərbəst gəmiçiliyin bərpasını nəzərdə tutan razılaşma ola bilər.
Məlumatda bildirilir ki, hazırkı danışıqlar mərhələli yanaşmaya əsaslanır və mümkün razılaşmanın ilk hissəsi məhz müharibədən əvvəlki status-kvonun bərpasına, eləcə də boğazın məhdudiyyətsiz və rüsumlarsız fəaliyyətinin yenidən təmin olunmasına yönəlib.
Qeyd olunur ki, İranın nüvə proqramı ilə bağlı məsələ daha sonrakı mərhələdə müzakirə edilə bilər. Danışıqlar zamanı diplomatik vasitəçilər hər iki tərəfə təzyiq göstərir.
Bununla yanaşı, ABŞ-ın döyüş əməliyyatlarını yenidən başlatmaq qərarı verə biləcəyi riski də qalır.