Modern.az

Dəhşətli yanğında 4 uşaq öldü

Dəhşətli yanğında 4 uşaq öldü

Dünya

Bu gün, 10:18

Rusiyanın Xantı-Mansi Muxtar Dairəsinin Meqion şəhərinin Vısokiy qəsəbəsində baş verən güclü yanğın nəticəsində 7 nəfər həlak olub.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, yanğın söndürüldükdən sonra xilasedicilər hadisə yerində dörd azyaşlının, onların valideynlərinin və nənələrinin meyitlərini aşkar ediblər.

Faktla bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi başlanıb.

İlkin məlumata görə, yanğının baş verməsinə səbəb soba avadanlıqlarından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu