Modern.az

İranın qalan raket potensialını da məhv etməliyik - Tramp

İranın qalan raket potensialını da məhv etməliyik - Tramp

Dünya

Bu gün, 10:27

ABŞ Prezidenti Donald Tramp İranın raket potensialını tam aradan qaldırmaq istədiyini bildirib. O, Vest Palm-Biçdə jurnalistlərə açıqlamasında bu imkanların məhv edilməsinin mümkün olduğunu deyib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ administrasiyasına görə, ABŞ və İsrailin zərbələrindən sonra İranın bu sahədə potensialının 15%-dən çoxu qalmayıb. Tramp yeni zərbələrin də mümkünlüyünü istisna etməyib və gələcəkdə ABŞ neft şirkətlərinin İranda fəaliyyət göstərə biləcəyini qeyd edib.

İran isə Pakistan vasitəsilə ABŞ-yə yeni nizamlanma planı təqdim edib, lakin danışıqlar nəticəsiz qalıb.

Hazırda Hörmüz boğazı ətrafında vəziyyət gərgindir: tərəflərin qarşılıqlı blokadaları regionda gəmiçiliyi iflic edib və qlobal enerji böhranını dərinləşdirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu