Modern.az

Kobaxidze Ermənistana GETDİ

Kobaxidze Ermənistana GETDİ

Dünya

3 May 2026, 11:35

Gürcüstanın Baş naziri İrakli Kobaxidze sabah İrəvanda keçiriləcək 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısında iştirak etmək məqsədilə Ermənistana yola düşüb.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasının mətbuat xidmətindən bildirilib.

Kobaxidze əsas mövzusu bağlantıların və iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi olan dəyirmi masada çıxış edəcək.

Baş nazir Ermənistan Prezidenti Vaaqn Xaçaturyan və Baş nazir Nikol Paşinyanın adından toplantıda iştirak edən liderlərin şərəfinə təşkil olunacaq rəsmi qəbula da qatılacaq.

Hökumət başçısını səfərdə xarici işlər naziri Maka Boçorişvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani müşayiət edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...