Modern.az

Ukraynadan Rusiyanın kölgə donanmasının ZƏRBƏ

Ukraynadan Rusiyanın kölgə donanmasının ZƏRBƏ

Dünya

Bu gün, 16:20

Ukraynanın Müdafiə Qüvvələri Primorsk limanında Rusiyanın kölgə donanmasının "Karakurt" raket gəmisini, patrul katerini və tankerini vurub.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında bildirib.

"Daha bir Rusiya "kalibr" daşıyıcısına minus. General-mayor Yevgeni Xmara Primorsk limanındakı obyektlərin uğurla vurulması barədə məruzə edib. Bu, bizim Ukrayna Təhlükəsizlik Xidməti (UTX), Pilotsuz Sistemlər Qüvvələri, Xüsusi Əməliyyat Qüvvələri (XƏQ), Baş Kəşfiyyat İdarəsi (BKİ) və sərhədçilərin birgə əməliyyatıdır.

Həmçinin, "Karakurt" raket gəmisi, patrul kateri və kölgə neft donanmasının daha bir tankeri vurulub. Neftdoldurma limanının infrastrukturuna da əhəmiyyətli dərəcədə ziyan vurulub. Bizim hər bir belə nəticəmiz Rusiyanın müharibə potensialını məhdudlaşdırır", – paylaşımda bildirilir.

Zelenski həmçinin Rusiyanın Ukraynanın mülki infrastrukturuna endirdiyi zərbələrə cavab olaraq UTX-nin gələcək əks-tədbir planlarının təsdiqləndiyini bildirib.

"Rusiya özünün bu müharibəsini istənilən an bitirə bilər. Müharibənin uzanması yalnız bizim müdafiə əməliyyatlarımızın miqyasının genişlənməsinə gətirib çıxaracaq", – o vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu