Modern.az

Almanlar Kanslerdən narazıdır - 70 %

Almanlar Kanslerdən narazıdır - 70 %

Dünya

3 May 2026, 17:24

Almaniya əhalisinin 70 %-dən çoxu Kansler Fridrix Mertsin işindən narazıdır, 75 %-dən çoxu isə ölkə hökumətinin fəaliyyətindən məmnun deyil.

Modern.az xəbər verir ki, bunu "Bild am Sonntag" qəzetinin sifarişi ilə INSA sosioloji institutunun keçirdiyi sorğunun nəticələri göstərir.

Araşdırmaya görə, respondentlərin yalnız 19 %-i Mertsin işindən razıdır, 71 %-i isə narazılığını bildirib.

Sorğuda iştirak edənlərin 76 %-i Almaniyanın hazırkı hökumətindən narazıdır və bu, rekord göstərici olub. Yalnız 16 % hökumətin işini qənaətbəxş hesab edir.

"Almaniya Kanslerinin və hökumətinin bəyənilmə səviyyəsi yeni minimuma çatıb. Hətta Olaf Şolts və "İşıqfor" koalisiyasının bir illik fəaliyyətindən sonra göstəriciləri xeyli yaxşı idi", - INSA-nın rəhbəri Herman Binkert bildirib.

Sorğu 29-30 apreldə 1 004 respondent arasında keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar