Modern.az

Bu ölkədə silahlı hücumda 23 hərbçi öldü

Bu ölkədə silahlı hücumda 23 hərbçi öldü

Dünya

Bu gün, 04:39

"Boko Haram" qruplaşmasının yaraqlıları Çadda hərbi bazaya hücum ediblər.

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ordunun çərşənbə axşamı verdiyi bəyanatda bildirilib.

Məlumata görə, hücum nəticəsində azı 23 təhlükəsizlik xidməti əməkdaşı ölüb, 26 nəfər isə yaralanıb.

"Ordu bazar ertəsi axşam saatlarında Çad gölü bölgəsində baş verən hücumu dəf edib və hazırda ərazinin təmizlənməsi üzrə əməliyyatlar aparılır", - məlumatda qeyd olunub.

Çad Prezidenti Mahamat İdris Debi "Facebook" sosial şəbəkəsindəki bəyanatında silahlıların hücumunu pisləyib.

Xatırladaq ki, 2009-cu ildən bəri "Boko Haram" yaraqlıları öz nüfuzunu Nigeriyanın şimal-şərqindən Çadın qərbinə qədər genişləndirib və orada hərbi obyektlərə hücumlar intensivləşib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV