Modern.az

Paşinyan Moskva paradına gedəcək? - AÇIQLAMA

Paşinyan Moskva paradına gedəcək? - AÇIQLAMA

Dünya

6 May 2026, 17:00

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Baş nazir Nikol Paşinyanın 9 May Qələbə Günü münasibətilə Moskvaya dəvət olunub-olunmaması ilə bağlı sualı cavablandırıb.

Modern.az xəbər verir ki, Kopırkin jurnalistlərin suallarına cavab olaraq bildirib: "Bildiyim qədəri ilə bütün qardaş ölkələrin liderləri dəvət olunub".

Paşinyandan dəvəti qəbul edib-etmədiyi soruşulduqda, səfir bu barədə heç bir məlumatının olmadığını bildirib.

Rusiya 9 may Qələbə Günü paradı çərçivəsində Moskvada Qırmızı Meydanda parad keçirməyə hazırlaşır. 

Xatırladaq ki, bundan əvvəl Ukrayna prezidenti Volodomir Zelenski bildirib ki, “qorxu saçan dronlar" Moskvadakı parada mane olacaq.

Öz növbəsində, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb ki, 9 May paradı Qırmızı Meydanda adi rejimdə keçiriləcək.
 

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV