Modern.az

“Green Card” qaydaları SƏRTLƏŞDİRİLDİ 

“Green Card” qaydaları SƏRTLƏŞDİRİLDİ 

Dünya

Bu gün, 04:11

“The New York Times” qəzeti ABŞ Prezidenti Donald Trump administrasiyasının “Green Card” müraciətlərinin yoxlanılması qaydalarını sərtləşdirdiyini yazıb.

Modern.az xəbər verir ki, nəşrin məlumatına görə, ABŞ hakimiyyəti daimi yaşayış icazəsi almaq istəyən şəxslərin sosial şəbəkə fəaliyyətini və siyasi baxışlarını daha ciddi şəkildə araşdırır.

Xüsusilə İsraillə bağlı paylaşımlara diqqət yetirildiyi bildirilir.

Məlumata əsasən, “Facebook”, X və “Instagram” platformalarındakı hesablar geniş şəkildə yoxlanılır, xüsusən də 7 oktyabrdan sonrakı fəaliyyət təhlil olunur.

Qeyd edilir ki, müraciət edən şəxslərin rəqəmsal fəaliyyəti ümumi qiymətləndirmə prosesinin bir hissəsi sayılır və yekun qərara təsir göstərə bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada