“Tisa” partiyasının lideri Peter Macar yeni çağırışlı Dövlət Məclisinin (birpalatalı parlamentin) ilk iclasında Macarıstanın baş naziri seçilib.
Modern.az xəbər verir ki, onun namizədliyini 140 deputat dəstəkləyib, 54 deputat əleyhinə səs verib, 1 nəfər isə bitərəf qalıb.
Milli televiziya şirkətləri tərəfindən canlı yayımlanan səsvermənin nəticələri elan olunduqdan dərhal sonra, Peter Macar ölkənin yeni hökumət başçısı kimi and içib.
O bu vəzifədə 16 il fasiləsiz hakimiyyətdən sonra özünün “FİDES - Macarıstan Vətəndaş Birliyi” partiyası ilə müxalifətə keçən Viktor Orbánı əvəz edəcək.
