Modern.az

Netanyahu: İranla müharibə bitməyib

Netanyahu: İranla müharibə bitməyib

Dünya

Bu gün, 21:55

Yüksək səviyyədə zənginləşdirilmiş uran İran ərazisindən çıxarılmayana qədər İranla müharibənin bitmiş sayılmır.

Modern.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu “CBS News”a müsahibəsində deyib.

Onun sözlərinə görə, İranın uran zənginləşdirmə obyektləri sökülməli və yüksək zənginləşdirilmiş uran ölkədən çıxarılmalıdır:

“Biz artıq İranın nüvə imkanları, eləcə də digər ölkələrdəki proksi qüvvələr və raket istehsalı potensialınının böyük hissəsini zəiflətmişik. Amma bütün bunlar hələ də mövcuddur və görüləcək işlər qalır”.

İsrail Baş naziri İranın nüvə materialları ilə bağlı razılaşma əldə olunmayacağı halda nə baş verəcəyini açıqlamaqdan imtina edib: “Mən bununla bağlı vaxt cədvəli verməyəcəyəm, amma deyəcəyəm ki, bu, son dərəcə mühüm missiyadır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV