Modern.az

Silahlı hücum zamanı 30 nəfər öldü

Silahlı hücum zamanı 30 nəfər öldü

Dünya

12 May 2026, 04:37

Nigeriyanın şimal-qərbində yerləşən Zamfara ştatında silahlı şəxslərin hücumu nəticəsində azı 30 nəfər həlak olub.

Modern.az yerli mediaya istinadla xəbər verir ki, silahlılar bölgədə mühüm yol qovşaqlarından birində hərəkət edən sərnişinlərə pusqu quraraq onlara atəş açıblar. Hücumun hansı qrup tərəfindən törədildiyi barədə məlumat verilməyib.

Qeyd edək ki, Nigeriyanın şimal-qərb və mərkəzi bölgələri son illər silahlı qruplaşmaların hücumları səbəbindən ciddi təhlükəsizlik problemləri ilə üzləşir. Həmin qruplar adam oğurluğu və talançılıqla məşğul olur, mülkiləri qətl edirlər. Təhlükəsizlik qüvvələrinin genişmiqyaslı əməliyyatlarına baxmayaraq, bölgədə zorakılıq halları davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!