Modern.az

Silah-sursata ən çox pul ayıran ÖLKƏLƏR

Silah-sursata ən çox pul ayıran ÖLKƏLƏR

Dünya

Bu gün, 12:10

Stokholm Beynəlxalq Sülh Problemlərinin Araşdırılması İnstitutunun (SIPRI) 2025-ci il üzrə hesabatında dünyanın müdafiəyə ən çox vəsait ayıran ölkələrinin siyahısı açıqlanıb.

Modern.az xəbər verir ki, siyahıya 954 milyard dollarlıq hərbi büdcə ilə ABŞ başçılıq edir. Bu göstərici qlobal müdafiə xərclərinin təxminən 33 faizini təşkil edir.

İkinci sırada 336 milyard dollarla Çin qərarlaşıb. Pekinin dünya hərbi xərclərində payı 12 faizdir.

Üçüncü yerdə isə 190 milyard dollarla Rusiya yer alıb. Moskvanın qlobal müdafiə xərclərində payı 6,6 faiz təşkil edir.

Siyahıda yer alan digər ölkələrin müdafiə xərcləri belədir:

Almaniya – 114 milyard dollar

Hindistan – 92,1 milyard dollar

Böyük Britaniya – 89 milyard dollar

Ukrayna – 84,1 milyard dollar

Səudiyyə Ərəbistanı – 83,2 milyard dollar

Fransa – 68 milyard dollar

Yaponiya – 62,2 milyard dollar

İsrail – 48,3 milyard dollar

İtaliya – 48,1 milyard dollar

Cənubi Koreya – 47,8 milyard dollar

Polşa – 46,8 milyard dollar

Hesabatda qeyd olunur ki, 2025-ci ildə dünyada ümumi müdafiə xərcləri 2 trilyon 887 milyard dollara çataraq tarixi rekord yeniləyib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?