Modern.az

Macarıstanda yeni Nazirlər Kabineti təsdiqləndi

Macarıstanda yeni Nazirlər Kabineti təsdiqləndi

Dünya

Bu gün, 05:55

Aprelin 12-də Macarıstanda keçirilmiş parlament seçkilərində qələbə qazanan "Tisa" partiyasının sədri Peter Madyarın başçılıq etdiyi yeni Nazirlər Kabineti formalaşdırılıb.

Modern.az xəbər verir ki, hökumət rəhbərinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, Macarıstan prezidenti konstitusiyaya müvafiq olaraq, baş nazirin irəli sürdüyü və parlamentin dəstəklədiyi 16 yeni nazirin təyinatı ilə bağlı sərəncam imzalayıb.

Nazirlər Kabinetinin yeni üzvlərinə etimadnamələrin verilməsi mərasimi prezidentin rəsmi iqamətgahında - Şandor Sarayında təşkil olunub və ölkənin yerli kanalları vasitəsilə canlı nümayiş etdirilib. Qanunverici orqan qarşısında andiçmə mərasimindən dərhal sonra onlar öz səlahiyyətlərinin icrasına start verəcəklər.

Yeni hökumətin ilk rəsmi işçi toplantısının may ayının 13-də keçirilməsi nəzərdə tutulur.

Keçmiş baş nazir Viktor Orbanın liderlik etdiyi əvvəlki hökumət isə daha əvvəl rəsmən istefaya gedib. Beləliklə, 16 il davam edən iqtidarından sonra "FİDES - Macarıstan Vətəndaş Birliyi" partiyası fəaliyyətini müxalifətdə davam etdirəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?