Modern.az

Bütün dünyanın gözlədiyi səfər başladı - FOTO

Bütün dünyanın gözlədiyi səfər başladı - FOTO

Dünya

Bu gün, 17:48

Donald Tramp Si Cinpinlə zirvə görüşü üçün Çinə gedib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, ABŞ Prezidentinin doqquz ildən sonra Çinə ilk səfəridir.

Analitiklər iki liderin danışıqlarında böyük irəliləyişlər gözləmirlər, lakin bəzi "uğurlar"ın ola biləcəyi - məsələn, Pekin və Vaşinqton arasında 2025-ci ilin oktyabrında imzalanmış ticarət barışıq müqaviləsinin uzadılması mümkündür.

Çinin Amerika məhsullarının - mal əti, quş əti və s. - əhəmiyyətli yeni alışlarını elan etməsi gözlənilir. Bundan əlavə, Çinə təxminən 500 Boeing 737 MAX təyyarəsi tədarükü ilə bağlı müqavilə elan edilə bilər.

Öz növbəsində, Çin yarımkeçiricilərin və onların istehsalı üçün avadanlıqların tədarükünə ABŞ-ın məhdudiyyətlərinin yumşaldılmasını istəyəcək.

Tramp və Si həmçinin Yaxın Şərqdəki müharibəni müzakirə etməyi planlaşdırırlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?