Modern.az

Adil Kərimli Kazanda ICESCO Baş Konfransının sessiyasında - FOTO

Adil Kərimli Kazanda ICESCO Baş Konfransının sessiyasında - FOTO

Mədəniyyət

Bu gün, 15:36

13-14 may tarixlərində Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) ali orqanı – Baş Konfransının 15-ci sessiyası keçirilir.

Modern.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə sessiyada iştirak edir.

Sessiyanın açılış mərasimində Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, bir sıra ölkələrdən rəsmilər və irs sahəsi üzrə mütəxəssislər iştirak ediblər.

Tədbirdə ICESCO-nun 2026–2029-cu illər üzrə strateji fəaliyyət planı, təşkilatın büdcəsi, eləcə də üzv dövlətlərlə mədəni-humanitar əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Sessiya çərçivəsində ICESCO-nun baş direktoru vəzifəsinə Salim bin Məhəmməd əl-Malikin namizədliyi irəli sürülüb və o, yekdilliklə yenidən təşkilatın rəhbəri seçilib.

Qeyd edək ki, Baş Konfrans 15-ci çərçivəsində “Kazan – 2026: İslam Dünyasının Mədəniyyət Paytaxtı İli”nin açılış mərasimi də keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?