Modern.az

ABŞ-də təyyarə qəzası, HƏR KƏS HƏLAK OLDU

ABŞ-də təyyarə qəzası, HƏR KƏS HƏLAK OLDU

Dünya

Bu gün, 03:43

ABŞ-nin Nyu-Meksiko ştatında yüngülmühərrikli tibbi təyyarənin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub.

Modern.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi yerli hökumət orqanlarına istinadən məlumat yayıb.

Hadisə Ruidoso şəhəri yaxınlığında baş verib.

Rəsmilərin sözlərinə görə, təyyarə yerə çırpıldıqdan sonra göyərtədə olan dörd nəfərin heç biri sağ qalmayıb. Linkoln dairəsinin rəhbəri Ceyson Berns qəzanın səbəblərinin hələlik məlum olmadığını bildirib.

Təyyarənin düşdüyü ərazidə güclü yanğın başlayıb. Yanğınsöndürmə idarəsinin məlumatına əsasən, alov təxminən iki hektar sahəni əhatə edib. Hadisə yerində xilasetmə və istintaq qrupları işləyir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?