ABŞ prezidenti Donald Tramp bildirib ki, Si Cinpin “Boeing” şirkətindən 200 təyyarə sifariş etməyə razılaşıb və bu addımı Çin liderinin öhdəliyi kimi qiymətləndirib.
Modern.az xəbər verir ki, Tramp bunu “Fox News” telekanalına müsahibəsində deyib.
“Bu gün onun razılaşdığı yeganə məsələ 200 böyük təyyarə sifariş edəcəyidir. Bu isə çoxlu iş yeri deməkdir”,- deyə ABŞ prezidenti bildirib.
Tramp həmçinin qeyd edib ki, aerokosmik nəhəng əvvəlcə daha kiçik sifariş almağı planlaşdırırdı.
“Boeing 150 sifariş istəyirdi, amma 200 aldı”, - deyə Tramp vurğulayıb.
Onun fikrincə, Si Cinpinin açıqlaması “Boeing”dən təyyarələrin alınması prosesinin irəlilədilməsi ilə bağlı öhdəlik anlamına gəlir.