Modern.az

Türkiyədə silahlı dava - 2 polis öldü

Türkiyədə silahlı dava - 2 polis öldü

Dünya

Bu gün, 17:14

Türkiyənin Tekirdağ vilayətinin Çorlu qəsəbəsində silahlı dava hadisəsinə müdaxilə etmək istəyən polis məmurları Erkan Tütüncülər və Emrah Koç həlak olub.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Çorlu Təhlükəsizlik İdarəsinin vəzifəli mülki polis dəstəsi silahlı dava xəbərini aldıqdan sonra ünvana göndərilib. Binaya çıxan polis dəstələrinə bir şübhəli tərəfindən atəş açılıb. Açılan atəşdə polis məmurları Erkan Tütüncülər ilə Emrah Koç həlak olub.

Hadisə yerinə çox sayda polis və səhiyyə işçisi göndərilib.

Atışmada hücumçu yaralı halda ələ keçirilib. Şübhəli Çorlu Dövlət Xəstəxanasına aparılıb.

Hadisə ilə bağlı istintaq davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?