Modern.az

SEPAH ABŞ-a məxsus silah-sursatı ələ keçirdi

SEPAH ABŞ-a məxsus silah-sursatı ələ keçirdi

Dünya

18 May 2026, 15:32

İranın qərbində ABŞ istehsalı olan iri həcmli silah və sursat yükü aşkarlanıb.

Modern.az xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

Bildirilib ki, İraqın şimalındakı terror qruplaşmaları İrana ABŞ istehsalı olan böyük həcmdə silah-sursat keçirməyə cəhd göstərib.

SEPAH-ın bəyanatında deyilir ki, əməliyyat zamanı külli miqdarda silah və sursat aşkarlanaraq müsadirə olunub. Bildirilib ki, terror qruplaşmalarının bütün daxili elementlərinin müəyyən edilərək saxlanılması üçün kəşfiyyat tədbirləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!