Modern.az

İranı ağır günlər gözləyir- Pezeşkian xalqı hazır olmağa çağırdı

İranı ağır günlər gözləyir- Pezeşkian xalqı hazır olmağa çağırdı

Dünya

18 May 2026, 16:32

İran Prezidenti Məsud Pezeşkian ölkə əhalisini ağır günlərə hazır olmağa çağırıb.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, o faktiki olaraq ölkə vətəndaşlarını inflyasiya, qıtlıq və həyat səviyyəsinin aşağı düşməsi ilə barışmağa çağırıb. O bildirib ki, İran hazırda “müharibə vəziyyətindədir”.

Prezidentin sözlərinə görə, ölkəyə ciddi ziyan dəyib. Qaz infrastrukturu, elektrik stansiyaları, neft-kimya sektoru və sənaye sahələri zərər görüb, neft ixracı isə ciddi şəkildə çətinləşib.

Pezeşkian qeyd edib ki, benzinin gündəlik istehsalı təxminən 100 milyon litr səviyyəsinə düşüb. Halbuki ölkədə gündəlik tələbat 150 milyon litr civarındadır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!