Ukrayna Prezident Aparatının keçmiş rəhbəri Andrey Yermak üçün tələb olunan tam girov məbləği - 140 milyon qrivna ödənilib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Girov məbləği ödənildikdən sonra Andrey Yermak istintaq təcridxanasından azad edilib.
Qeyd olunur ki, Yermak üçün nəzərdə tutulan girov məbləğinin ödənilməsi məqsədilə 7 fiziki və 7 hüquqi şəxs tərəfindən vəsait köçürülüb.
Andrey Yermak ötən həftə korrupsiya və çirkli pulların yuyulması ittihamları ilə həbs olunmuşdu.