Modern.az

ABŞ İran müharibəsinə 85 milyard dollar xərcləyib

ABŞ İran müharibəsinə 85 milyard dollar xərcləyib

Dünya

Bu gün, 10:54

ABŞ-ın İranda apardığı hərbi əməliyyata çəkilən xərclər 79 gün davam edən döyüşlər ərzində 85 milyard dollardan çox olub.

Modern.az xəbər verir ki, bu barədə “Iran War Cost Tracker” portalı məlumat yayıb.

Portalın real vaxt rejimində işləyən hesablayıcısı ABŞ Müdafiə Nazirliyinin (Pentaqonun) Konqresə 10 mart tarixində təqdim etdiyi brifinqə əsaslanır. Həmin brifinqdə bildirilirdi ki, Yaxın Şərqdə döyüş əməliyyatlarının ilk 6 günündə Vaşinqton 11,3 milyard dollar xərcləyib və münaqişə davam etdikcə hər gün əlavə 1 milyard dollar xərclənməsi planlaşdırılır.

Məlumata görə, bu xərclər əvvəlcə ABŞ Müdafiə Nazirliyinin maliyyə üzrə müvəqqəti müavini Culz Hurst tərəfindən açıqlanan rəqəmləri təxminən üç dəfə üstələyir. O, Konqresin Nümayəndələr Palatasının büdcə komitəsində keçirilən dinləmələrdə ABŞ-ın İrana qarşı hərbi əməliyyata təxminən 29 milyard dollar xərclədiyini bildirmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı