Modern.az

Rusiya indi də nüvə təlimlərinə başlayıb

Rusiya indi də nüvə təlimlərinə başlayıb

Dünya

19 May 2026, 11:33

Rusiya nüvə təlimlərinə başlayıb.

Modern.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi mayın 19-dan 21-dək Rusiya Silahlı Qüvvələri "təcavüzkar təhlükə qarşısında nüvə qüvvələrinin hazırlanması və istifadəsi" mövzusunda təlimlər keçirir.

Təlimlərdə 64.000-dən çox əsgər, 7.800-dən çox silah, hərbi və xüsusi texnika, o cümlədən 200-dən çox raket buraxıcısı və səkkiz strateji sualtı qayığı iştirak edib.

Rusiya Silahlı Qüvvələrinin nüvə təlimlərinin məqsədi düşmənin qarşısını almağı məşq etmək və iştirak edən qoşunların hazırlıq səviyyəsini yoxlamaqdır.

Bir gün əvvəl Belarusda nüvə silahlarının döyüş istifadəsi üzrə təlimlər başlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!