Modern.az

Qəzzada ölü və yaralı sayı artdı

Qəzzada ölü və yaralı sayı artdı

Dünya

Bu gün, 16:45

Qəzza zolağında ölənlərin sayı 72 773-ə yüksəlib. Belə ki, çərşənbə günü atəşkəsə baxmayaraq, İsrail tərəfi bir fələstinlini öldürüb, daha 16 nəfəri yaralayıb.

Modern.az xəbər verir ki, bu haqda anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qəzza zolağındakı Fələstin Səhiyyə Nazirliyinin məlumatında bildirilib ki,
bir sıra digər qurbanların taleyi hələ məlum deyil, çünki onların cəsədləri dağıntılar altında qalıb, xilasedici qruplar tapa bilmir.

Məlumata əsasən, 2025-ci il oktyabrın 11-də qüvvəyə minmiş atəşkəsdən sonra ölənlərin ümumi sayı 881-ə, yaralıların sayı 2 621-ə çatıb, dağıntılar altından çıxarılan cəsədlərin sayı isə 776 olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı