Modern.az

ABŞ İranı bombaladı - SEPAH-ın 4 əsgəri öldü

ABŞ İranı bombaladı - SEPAH-ın 4 əsgəri öldü

Dünya

Bu gün, 14:16

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ən azı 4 əsgəri ABŞ-ın ötən gecə İrana endirdiyi zərbə nəticəsində həlak olub.

Modern.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

İran hakimiyyəti tərəfindən hələlik rəsmi təsdiq verilməyib.

Öz növbəsində, İranın dövlət televiziyası IRIB SEPAH-ın bəyanatını yayımlayıb. Bəyanata əsasən, Korpus qüvvələri ölkənin hava məkanına daxil olan ABŞ-a məxsus MQ-9 Reaper pilotsuz uçuş aparatını məhv edib.

SEPAH bildirib ki, atəşkəs rejiminin pozulmasına qarşı adekvat cavab vermək hüququna malikdir.

ABŞ Mərkəzi Komandanlığının nümayəndəsi kapitan Tim Hawkins daha əvvəl açıqlamasında bildirib ki, ABŞ hərbçiləri İran qüvvələrindən gələn təhdidlərdən qorumaq üçün özünümüdafiə məqsədilə zərbələr endiriblər. Onun sözlərinə görə, zərbələr raket qurğularına və mina yerləşdirməyə çalışan İran katerlərinə yönəlib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı