Modern.az

İttifaq "Google"u cərimələməyə hazırlaşır

İttifaq "Google"u cərimələməyə hazırlaşır

Dünya

27 May 2026, 05:53

Avropa İttifaqı antiinhisar araşdırmasının yekunlarına əsasən, "Google" şirkətini yüz milyonlarla avro məbləğində cərimələməyi planlaşdırır.

Modern.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Müvafiq qərarın hazırlanması yekun mərhələdədir və onun yay tətili başlamazdan əvvəl elan olunması planlaşdırılır. Nəşr qeyd edir ki, "Google" üçün nəzərdə tutulan cərimə indiyədək Aİ-də Rəqəmsal Bazarlar Aktının (DMA) pozulmasına görə tətbiq olunan ən iri məbləğli cərimə olacaq.

2025-ci ilin martında rəsmi şəkildə başladılan araşdırma "Google"un axtarış nəticələrinin sıralanması praktikasını əhatə edib. Şirkət axtarış nəticələrində öz xidmətlərinə üstünlük verməkdə və bununla da DMA-nı pozmaqda ittiham olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı