Modern.az

Müstəqillik referendumu keçirəcəklər

Müstəqillik referendumu keçirəcəklər

Dünya

27 May 2026, 12:23

Şotlandiya parlamenti Böyük Britaniyadan müstəqillik referendumu təşəbbüsünü dəstəkləyib.

Modern.az xəbər verir ki, bu barədə Şotlandiya hökuməti X sosial şəbəkəsində bildirib.

“Parlament Şotlandiyanın müstəqilliyi ilə bağlı referendum çağırışlarının keçirilməsini dəstəkləyən səs verib”, – deyə paylaşımda qeyd olunub.

The National nəşrinin məlumatına görə, deputatların əksəriyyəti təşəbbüsü dəstəkləyib (72 səs lehinə, 55 səs əleyhinə). Birinci nazir Con Suinni Böyük Britaniya hökumətinə müraciət edərək 1998-ci il Şotlandiya Aktının 30-cu maddəsinə uyğun sərəncam verilməsini tələb edib. Bu sənəd referendumun təşkili səlahiyyətini Şotlandiya parlamentinə verə bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!