Modern.az

Manyak cəbhə xəttindən fərarilik edib

Manyak cəbhə xəttindən fərarilik edib

Dünya

27 May 2026, 16:18

Rusiyada 15 nəfərə hücum etməkdə və azı 3 nəfəri öldürməkdə ittiham olunan şəxs Ukraynada döyüş bölgəsindən qaçıb.

Modern.az xəbər verir ki, bu barədə The Moscow Times nəşri məlumat yayıb. Məlumata görə Sankt-Peterburq şəhərindən olan Andrey Kiyko əfv qarşılığında döyüşlərə qatıldığı Ukrayna cəbhəsindən qaçaraq gizlənib.  

Rusiyada qadınlara qarşı qətl və hücumlara görə məhkum edilmiş Andrey Kiyko axtarışa verilib. O, Ukraynadakı müharibədə yaralandıqdan sonra müalicə aldığı xəstəxanadan qaçıb.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!