Modern.az

Putin Qazaxıstana getdi

Putin Qazaxıstana getdi

Dünya

27 May 2026, 18:57

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Qazaxıstana dövlət səfərinə gəlib.

Modern.az xəbər verir ki, üç gün sürəcək səfər mayın 29-da Astanada keçiriləcək Avrasiya İqtisadi İttifaqının sammiti ilə əlaqədardır.

Rusiya nümayəndə heyətinin tərkibinə 30-dan çox şəxs daxildir. Heyətdə 9 nazir, o cümlədən Rusiyanın xarici işlər naziri Sergey Lavrov, baş nazirin müavini Aleksey Overçuk, Mərkəzi Bankın sədri Elvira Nabiullina, Prezident Administrasiyasının əməkdaşları, federal qurumların rəhbərləri, eləcə də Rusiya dövlət korporasiyaları və iri biznes strukturlarının nümayəndələri yer alır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!