Modern.az

İmam Xomeyni hava limanında yanğın oldu

İmam Xomeyni hava limanında yanğın oldu

Dünya

Bu gün, 20:44

Tehranda İmam Xomeyni şəhər hava limanında yerləşən inzibati binada yanğın baş verib.

Modern.az-ın məlumatına görə, Tehran İmam Xomeyni Beynəlxalq Hava Limanında bu gün günortadan sonra hava limanının gömrük binasında yanğın qeydə alınıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hava limanının açıqlamasına görə, hadisə zamanı binada və ərazidə olan şəxslərdən heç kim xəsarət almayıb və yanğın hava limanının uçuş cədvəlində hər hansı dəyişikliyə səbəb olmayıb.

Yanğının səbəbi və dəymiş ziyanın həcmi mütəxəssislər tərəfindən araşdırılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı