Modern.az

Rusiya Ermənistanı sıxır - Bu məhsullardan imtina edilir

Rusiya Ermənistanı sıxır - Bu məhsullardan imtina edilir

Dünya

Bu gün, 17:13

“Rosselxoznadzor” 30 may 2026-cı il tarixindən etibarən Ermənistandan Rusiyaya göndərilən bir sıra giləmeyvə və təzə tərəvəzlərin (pomidor, xiyar, bibər, göyərti və çiyələk daxil olmaqla) idxalına müvəqqəti məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.

Modern.az xəbər verir ki, qurumun açıqlamasına görə, bu qərar fitosanitar təhlükəsizliyi təmin etmək məqsədi daşıyır və Ermənistandan gətirilən məhsullarda aşkarlanan pozuntularla əlaqələndirilir. Qeyd olunur ki, yeni mexanizm hazırlanıb tətbiq edilənə qədər məhdudiyyətlər qüvvədə olacaq.

Ermənistan tərəfinin əvvəllər aşkar edilən pozuntulara kifayət qədər reaksiya vermədiyi iddia edilir. Həmçinin 2026-cı ilin 21–27 may tarixlərində aparılan yoxlamalar zamanı istixanalarda karantin obyektləri aşkarlanıb və bu, Avrasiya İqtisadi İttifaqı ölkələri üçün risk kimi qiymətləndirilib.

“Rosselxoznadzor” həmçinin bildirir ki, 2026-cı ilin əvvəlindən indiyədək ümumilikdə 181 belə hal qeydə alınıb. Qurum əlavə edib ki, bəzi tədarüklər düzgün qeydiyyatdan keçməyən xarici iqtisadi fəaliyyət iştirakçıları vasitəsilə həyata keçirilir və bu da məhsulun izlənməsində problemlər yaradır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV