Modern.az

Rusiyada erməni mineral suyunun milyonlarla şüşəsi satışdan yığışdırılır

Rusiyada erməni mineral suyunun milyonlarla şüşəsi satışdan yığışdırılır

Dünya

Bu gün, 09:26

Rusiyada erməni istehsalı olan “Cermuk” mineral suyunun milyonlarla şüşəsinin satışına qadağa qoyulub.

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın istehlakçı hüquqlarına nəzarət qurumu məlumat yayıb.

Bildirilib ki, qurum dövlət markalanma sistemi operatoruna Rusiyada 64,5 milyon şüşə “Cermuk” mineral suyunun satışının dayandırılması ilə bağlı göstəriş verib.

Qeyd olunub ki, buna səbəb məhsulda texniki tənzimləmə qanunvericiliyinin tələblərinin pozulmasının aşkarlanmasıdır. Yoxlamalar zamanı suda hidrokarbonat ionu, xloridlər və sulfatların normadan artıq olduğu müəyyən edilib.

Qurumun açıqlamasında vurğulanıb ki, bu uyğunsuzluqlar məhsulun müalicəvi xüsusiyyətləri ilə bağlı istehlakçılarda yanlış təsəvvür yarada və sağlamlığa mənfi təsir göstərə bilər.

Sizə yeni x var
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV