Modern.az

Zelenski: Rusiya genişmiqyaslı hücuma hazırlaşır 

Zelenski: Rusiya genişmiqyaslı hücuma hazırlaşır 

Dünya

Bu gün, 21:38

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukrayna şəhərlərinə qarşı yeni genişmiqyaslı hücum hazırlığında olduğunu açıqlayıb.

Modern.az xəbər verir ki, Zelenski bu barədə Teleqram kanalında paylaşım edib.

“Rusiyanın yeni kütləvi zərbə hazırladığı barədə kəşfiyyat məlumatlarımız var. Bütün tərəfdaşlarımızın baş verənləri bilməsi vacibdir. Rusiya hələ də diplomatik addımlara deyil, raketlərə və müharibənin davamına güvənir”, — o bildirib.

Ukrayna liderinin sözlərinə görə, bu vəziyyət Rusiyaya qarşı əlavə sanksiya təzyiqlərinin artırılmasını və tərəfdaşlarla hava hücumundan müdafiə sistemləri üzrə əldə olunmuş razılaşmaların daha sürətli həyata keçirilməsini zəruri edir.

Zelenski vurğulayıb ki, Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi hazırkı mərhələdə əsas prioritetlərdən biridir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV