Modern.az

Putindən Ermənistana: Məhsullarınızı kimə satacaqsınız?

Putindən Ermənistana: Məhsullarınızı kimə satacaqsınız?

Dünya

Bu gün, 03:50

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Avropa İttifaqına üzv olacağı təqdirdə kənd təsərrüfatı məhsullarını hansı bazarlara ixrac edəcəyi ilə bağlı sual qaldırıb.

Modern.az xəbər verir ki, Putin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrdə tətbiq olunan fitosanitar normaların Avropa İttifaqındakı qaydalardan daha sərt olduğunu bildirib.

"Bu məhsullar hara gedəcək? Məsələn, həmin şərab İspaniyaya, Fransaya, İtaliyaya, yoxsa Portuqaliyaya satılacaq? Bu barədə düşünmək lazımdır", - deyə Rusiya lideri qeyd edib.

Putin həmçinin bəyan edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxacağı halda Rusiya bu ölkəyə enerji daşıyıcılarının qiymətini artıracaq.

Onun sözlərinə görə, belə bir qərar iki ölkə arasında iqtisadi münasibətlərə təsirsiz ötüşməyəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV