Modern.az

PSJ azarkeşləri iğtişaşlar törətdi - 780 nəfər saxlanıldı

PSJ azarkeşləri iğtişaşlar törətdi - 780 nəfər saxlanıldı

Dünya

Bu gün, 16:38

PSJ-nin UEFA Çempionlar Liqasının finalında “Arsenal”ı penaltilər seriyasında məğlub etməsindən sonra Fransada kütləvi iğtişaşlar baş verib.

Modern.az Sky News-a istinadən xəbər verir ki, Fransa daxili işlər naziri Laurent Nunez ölkə üzrə 780 nəfərin saxlanıldığını açıqlayıb. Onlardan 480 nəfəri Parisdə saxlanılıb. Hadisələr zamanı 57 polis əməkdaşı yaralanıb.

Məlumata əsasən, PSJ azarkeşlərinin qələbə sevinci bəzi şəhərlərdə qarşıdurmalarla müşayiət olunub. Avtomobillər yandırılıb, mağazalara ziyan vurulub, polisə qarşı müqavimət göstərilib.

Fransa polisi Parisdə təhlükəsizlik tədbirlərini gücləndirib. Paytaxtda asayişin qorunması üçün 5 780 polis və jandarm, həmçinin 2 500 yanğınsöndürən səfərbər edilib.

Qeyd edək ki, PSJ finalda “Arsenal”ı penaltilərlə məğlub edərək Çempionlar Liqasının qalibi olub.

 

***

09:52

 

Fransa polisi Çempionlar Liqasının finalında PSJ-nin qələbəsindən sonra bir neçə şəhəri bürüyən iğtişaşlar zamanı 416 nəfəri saxlayıb.

Modern.az bu barədə AFP xəbər agentliyinə istinadla məlumat yayıb.

Fransanın daxili işlər naziri Loran Nunez iğtişaşlar zamanı 7 polis əməkdaşının da yaralandığını bildirib.

 

***

00:03

 

Futbol azarkeşləri Parisin XVI dairəsində PSJ-nin ev oyununu keçirdiyi "Park de Prens" stadionunun yaxınlığında iğtişaşlar törədiblər.

Modern.az "Le Figaro" qəzetinə istinadən xəbər verir ki, xuliqanlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və butulkalar, fişənglər atıblar. Polis buna göz yaşardıcı qazdan istifadə edib.

Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, iğtişaşlarla bağlı 10 nəfər saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV