Modern.az

Türkiyədə avtobus yandı, 8 nəfər öldü - FOTOLAR

Türkiyədə avtobus yandı, 8 nəfər öldü - FOTOLAR

Dünya

31 May 2026, 09:44

Türkiyənin Denizli vilayətində sərnişin avtobusunda yanğın baş verib.

Modern.az CNN Türk-ə istinadən xəbər verir ki, hadisə nəticəsində biri uşaq olmaqla azı 8 nəfər ölüb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Məlumata əsasən, avtobusda başlayan yanğın qısa müddətdə genişlənərək nəqliyyat vasitəsini tamamilə alov bürüyüb. Hadisə yerinə çoxsaylı yanğınsöndürən, polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralanan şəxslərin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Türkiyə rəsmiləri hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün istintaq başladıldığını açıqlayıb. Ölən və yaralananların şəxsiyyəti ilə bağlı məlumatların dəqiqləşdirildiyi qeyd olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...