Ukraynanın Rusiya neft emalı zavodlarına hücumlarından sonra ölkədə yanacaq istehsalının azalması və mümkün yanacaq qıtlığı ilə bağlı narahatlıqlar artır.
Modern.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, may ayında Ukrayna Rusiyanın ən böyük 10 neft emalı zavodundan 8-nə zərbələr endirib. Nəticədə ölkədə gündəlik orta neft emalı həcmi 4,58 milyon barel təşkil edib.
Bildirilir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 700 min barel azdır və 2009-cu ilin oktyabrından bəri qeydə alınan ən aşağı səviyyə hesab olunur.
Analitiklər zavodların fəaliyyətinin dayanması və istehsal güclərinin azalması səbəbindən yaxın aylarda emal həcmlərinin daha da aşağı düşəcəyini proqnozlaşdırırlar.
Bununla yanaşı, Kremlin vəziyyətlə bağlı narahatlıqları qəbul etmədiyi qeyd olunur. Məlumatda vurğulanır ki, buna baxmayaraq, Rusiyada artıq yanacaq satışına müəyyən məhdudiyyətlərin tətbiqinə başlanılıb.