Modern.az

Yeni silaha Putinin babasının adını verdilər

Yeni silaha Putinin babasının adını verdilər

Dünya

Bu gün, 12:34

Rusiyanın “Uralvaqonzavod” müəssisəsi tanka dəstək döyüş maşını olan “Terminator”un adının dəyişdirildiyini açıqlayıb.

Modern.az  xarici KİV-ə istinadən xəbər verir ki, bundan sonra texnika “Spiridon” adı ilə tanınacaq.

Yeni adın Rusiya Prezidenti Vladimir Putinin babasının adı ilə eyni olduğu bildirilir.

Müəssisədən verilən məlumata görə, “Spiridon” Rusiyada nadir, lakin hörmət edilən adlardan hesab olunur.

“Bu adı həqiqətən güclü ruhlu insanlar daşıyıb”, – deyə müəssisənin açıqlamasında bildirilib.

Şirkət buna nümunə olaraq müqəddəs Spiridon Trimifuntski və Sovet İttifaqı Qəhrəmanı Spiridon Spitsını göstərib.

“Rossiya-1” telekanalının məlumatına görə, zavod yeni ad seçimi üçün təxminən 2 min variantı müzakirə edib. Variantlar arasında “Dobrinya”, “Boqatır”, “Dmitri Donskoy” və “Uralets” adları da olub.

Qeyd edək ki, tank dəstək döyüş maşını T-90 tank platforması əsasında hazırlanıb və 2018-ci ildə Rusiya quru qoşunlarının silahlanmasına qəbul edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV