Modern.az

Rusiya Ukraynanın bu şəhərini atəşə tutdu, ölənlər var

Rusiya Ukraynanın bu şəhərini atəşə tutdu, ölənlər var

Dünya

4 İyun 2026, 05:12

Rusiya ordusunun Ukraynanın Kramatorsk şəhərini atəşə tutması nəticəsində azı 3 nəfər ölüb və 1 nəfər yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin "Telegram" kanalında məlumat yayıb.

"Kramatorskun atəşə tutulması nəticəsində azı 3 nəfər həlak olub və 1 nəfər yaralanıb. Bu gün axşam şəhər iki zərbəyə məruz qalıb. Rusiya qoşunları yenidən yaşayış binasına zərbə endirib. Hadisə yerində bütün müvafiq xidmətlər işləyir, axtarış-xilasetmə əməliyyatı davam edir. Qurbanların dəqiq sayı və dəymiş ziyanın miqyası müəyyənləşdirilir", - o yazıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV