Modern.az

Küveytin hava limanını biz yox, ABŞ vurub - SEPAH 

Küveytin hava limanını biz yox, ABŞ vurub - SEPAH 

Dünya

4 İyun 2026, 09:32

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, İran raketlərini vura bilməyən ABŞ-ın “Patriot” zenit-raket sistemi Küveyt hava limanının terminalında baş verən dağıntılara səbəb olub.

Modern.az xəbər verir ki, SEPAH-ın ictimaiyyətlə əlaqələr üzrə sözçüsü, briqada generalı Hüseyn Möhibi Küveyt hava limanında baş vermiş dağıntılarla bağlı danışaraq deyib:

“Apardığımız araşdırmalar göstərir ki, SEPAH-ın Aerokosmik Qüvvələri bu hədəfə heç bir zərbə endirməyib”

O əlavə edib:

“Küveyt hava limanının sərnişin terminalında baş verən dağıntılar İran raketlərini ələ keçirə bilməyən Amerika istehsalı olan ‘Patriot’ sistemlərinin səhvi nəticəsində baş verib. Raketlərdən biri hədəfi vura bilmədikdən sonra terminalın üzərinə düşüb və dağıntılara səbəb olub”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İrana DƏHŞƏTLİ HÜCUM hazırlığı başladı - ABŞ desant göndərdi