Modern.az

Prezident seçkiləri etiraza səbəb oldu 

Prezident seçkiləri etiraza səbəb oldu 

Dünya

4 İyun 2026, 10:12

Cənubi Koreyada keçirilən yerli seçkilərdə bəzi məntəqələrdə bülletenlərin çatışmaması və səsvermə hüququnun pozulması xalqın kəskin etirazına səbəb olub.

Modern.az xəbər verir ki, paytaxt Seulda nümayişçilər seçki qutularının məntəqədən çıxarılmasına mane törədiblər. Ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) baş verənlərə görə üzr istəyərək araşdırma başladacağını elan etsə də, bu insidentin seçkilərin təxirə salınması və ya yenidən keçirilməsi üçün əsas yaratmadığını bildirib.

Prezident Li Cemyön baş verən hadisə ilə bağlı dərin təəssüf hissi keçirdiyini bəyan edərək, məsul şəxslərin cəzalandırılmasını tələb edib.

Töhfə Səməd

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ