Ermənistanda növbədənkənar parlament seçkiləri üzrə səsvermə yekunlaşıb.
Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, yerli vaxtla saat 08:00-da açılan seçki məntəqələri saat 20:00-da bağlanıb. Hazırda səslərin sayılmasına başlanılıb.
İlkin nəticələrin gecə saat 00:00 radələrində açıqlanacağı gözlənilir.
Mərkəzi Seçki Komissiyasının son məlumatına əsasən, saat 17:00-a olan vəziyyətə görə seçici fəallığı 48,92 faiz təşkil edib.
MSK sədri Vaaqn Ovakimyan seçici fəallığı ilə bağlı məlumatları saat 21:00-da açıqlayacaq.