Modern.az

Xameneinin dəfn mərasiminin vaxtı açıqlandı

Xameneinin dəfn mərasiminin vaxtı açıqlandı

Dünya

9 İyun 2026, 13:54

İranın mərhum ali lideri Seyid Əli Xameneinin dəfn mərasimi üzrə qərargah yeni açıqlama yayıb.

Modern.az-ın məlumatına göprə, “Tasnim”in dərc etdiyi açıqlamada Xamenei və onun ailə üzvlərinin vida və dəfn mərasimlərindən bəhs olunub.

Bildirilib ki, genişmiqyaslı şəkildə hazırlanmış vida, dəfn və digər mərasimlərin təşkili xüsusi planlara uyğun olaraq həyata keçirləcək. Bu haqda daha əvvəl yayılmış məlumatlar təkzib olunub.

Qeyd edilib ki, mərasimlərin təşkili İmam Hüseynə (ə) matəm günlərinə ehtiram göstərilərək gerçəkləşəcək.

“Buna görə də vida, dəfn və mərasimlər Məhərrəm ayının ilk on günündən sonra keçiriləcək”, - məlumatda bildirilib.

Mərasimlərin dəqiq detalları qərargah tərəfindən elan ediləcək.

Sizə yeni x var
Keçid et
Bakıdan SƏRT REAKSİYA: Putindən İlham Əliyevə zəng - NƏ BAŞ VERİR?