Modern.az

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Dünya

Bu gün, 13:24

Paşinyan Ermənistanda 7 iyun tarixli parlament seçkilərindən sonra hökumətin ilk iclası keçirilib.

Modern.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Pashinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının seçkilərdəki qələbəsinə görə Nazirlər Kabinetinin üzvlərini təbrik edib.

“Əsas vəzifəmiz yeni keyfiyyətə malik dövlət quruculuğu missiyasını davam etdirməkdir”, – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda hökumətin hazırkı və gələcək üzvləri ilə qeyri-rəsmi müzakirələrin keçirilməsi planlaşdırılır. Məqsəd qarşıdakı vəzifələri və strateji prioritetləri müəyyənləşdirməkdir.

“Biz hansı istiqamətlərdə fəaliyyətimizi daha da gücləndirməli olduğumuzu, hansı məsələlərdən imtina etməli olduğumuzu və hansı sahələrdə əldə etdiyimiz nəticələrin bizi qane etmədiyini müəyyənləşdirməliyik ki, əlavə səylərimizi məhz həmin istiqamətlərə yönəldək”, – deyə baş nazir vurğulayıb.

Nikol Pashinyan həmçinin qeyd edib ki, ölkə üçün yeni inkişaf mərhələsi başlayır.

O bildirib ki, yeni hökumətdə Əmək və Sosial Məsələlər Nazirliyinin adının dəyişdirilməsi nəzərdən keçirilə bilər.

“Yeni hökumətdə, ola bilsin ki, nazirliyin adının dəyişdirilməsi barədə düşünək. Bu hələlik bir fikirdir, biz bunu hələ müzakirə edəcəyik”, – deyə Paşinyan hökumətin iclasında bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya ara qarışdı - Müharibəyə qarşı etirazlar başladı!