Modern.az

ABŞ-İran razılaşması yaxınlaşır: Sənəddə nələr var?

ABŞ-İran razılaşması yaxınlaşır: Sənəddə nələr var?

Dünya

Bu gün, 10:38

İranla ABŞ-nin imzalamağa hazırlaşdığı yekun sənədin detalları məlum olub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, razılaşma bir sıra mühüm maddələri nəzərdə tutur. Sənədə əsasən, İran Hörmüz boğazını dərhal gəmilərin keçidi üçün açmalı və keçid haqqı tələb etməməlidir. Bunun qarşılığında ABŞ tərəfindən tətbiq olunan blokadanın aradan qaldırılması planlaşdırılır.

Razılaşmanın şərtlərinə görə, Hörmüz boğazında gəmiçilik 30 gün ərzində müharibədən əvvəlki səviyyəyə qaytarılmalıdır. Boğazın açılmasından sonra İrana 60 gün müddətinə neft satışına imkan verən müvəqqəti sanksiya istisnalarının tətbiqi nəzərdə tutulur.

Bildirilir ki, İran ilkin razılaşmaya əməl etdiyi halda sanksiyaların yumşaldılması daha da genişləndirilə bilər.

Sənəddə həmçinin atəşkəs rejiminin 60 gün müddətinə uzadılması, o cümlədən Livan istiqamətində gərginliyin azaldılması məsələsi yer alır. Bundan əlavə, İranın nüvə proqramı ilə bağlı yeni danışıqlar mərhələsinin başlanması planlaşdırılır.

Razılaşmaya əsasən, İran nüvə silahı yaratmaqdan imtina etdiyini təsdiqləməli və zənginləşdirilmiş uranın taleyi ilə bağlı məsələləri beynəlxalq nəzarət altında müzakirə etməyə razı olmalıdır.

Sazişin Qətər və Pakistanın vasitəçiliyi ilə əldə edildiyi bildirilir. Sənədin imzalanması yaxın günlərdə Cenevrədə keçirilə bilər.

Eyni zamanda, xaricdə dondurulmuş və milyardlarla dollarla ölçülən İran aktivlərinin taleyi əsas müzakirə mövzularından biri olaraq qalır. Bu vəsaitlərə çıxış mexanizmi ilə bağlı danışıqların davam etdiyi qeyd olunur

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ Azərbaycanda kritik əməliyyat -Yüksək vəzifəli şəxs SAXLANILDI