Modern.az

Eks-prezidentə 30 il iş kəsildi

Eks-prezidentə 30 il iş kəsildi

Dünya

12 İyun 2026, 13:14

Cənubi Koreyanın eks-prezidenti Yun Sok-yul 30 il həbs cəzasına məhkum edilib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Seul məhkəməsi keçmiş liderin təxribat yaratmaq və bundan hərbi vəziyyət tətbiq etmək üçün bəhanə kimi istifadə etmək məqsədilə qəsdən Şimali Koreyaya dronlar göndərdiyini bildirib.

Bu hökm əvvəllər dövlət çevrilişinə cəhdə görə tətbiq edilmiş ömürlük həbs cəzasına əlavə olacaq. Siyasətçinin müdafiəsi dron hadisəsini "zəruri təhlükəsizlik tədbiri" adlandıraraq günahsızlığını iddia etməyə davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan SƏRT REAKSİYA: Putindən İlham Əliyevə zəng - NƏ BAŞ VERİR?