Modern.az

İran ABŞ ilə sülh sazişinin 14 bəndini açıqladı - SİYAHI

İran ABŞ ilə sülh sazişinin 14 bəndini açıqladı - SİYAHI

Dünya

Bu gün, 14:46

İranda ABŞ ilə qarşılıqlı anlaşma memorandumu layihəsinin 14 bəndi açıqlanıb.

Modern.az xəbər verir ki, təfərrüatları “Mehr” Agentliyi öz mənbələrinə istinadən yayıb.

Saziş layihəsinə müharibənin dərhal dayandırılması, ABŞ qoşunlarının çıxarılması, İranın daxili işlərinə qarışmamaq, dəniz blokadasının ləğvi və İrana 300 milyard dollar yardım göstərilməsi daxildir. Tehran vurğulayır ki, mətn hələ də təkmilləşdiriləcək.

Layihəyə aşağıdakılar daxildir:

- Bütün cəbhələrdə, o cümlədən Livan ərazisində müharibənin tam və dərhal dayandırılması;

- ABŞ-ın İranın daxili işlərinə qarışmaması və onun suverenliyinə hörmət etməsi;

- Dəniz blokadasının 30 gün ərzində tam ləğv edilməsi;

- ABŞ qoşunlarının İran yaxınlığındakı ərazilərdən çıxarılması;

- Hörmüz boğazında gəmiçiliyin 30 gün ərzində bərpası;

- Sanksiyaların dayandırılması və İranın dondurulmuş aktivlərinə tam çıxışının təmin edilməsi;

- ABŞ və müttəfiqləri tərəfindən Tehrana 300 milyard ABŞ dolları məbləğində yardım göstərilməsi;

- Nüvə məsləsinə dair mübahisələrin, ABŞ sanksiyalarının, eləcə də BMT Təhlükəsizlik Şurası və Beynəlxalq Atom Enerjisi Agentliyinin qərarlarının ləğvi ilə bağlı yekun sazişə nail olmaq üçün 60 günlük danışıqlara başlanması;

- İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin öhdəliklərinə sadiqliyini təsdiqləməsi;

- ABŞ-ın bölgədəki hərbi kontingentini artırmamaq və yeni sanksiyalar tətbiq etməmək öhdəliyi;

- 60 günlük danışıqlar müddətində ABŞ-ın bloklanmış 24 milyard dollar maliyyə vəsaitini azad etməsi. Bu məbləğin yarısı danışıqlar başlamazdan əvvəl Tehrana verilməlidir;

- Sazişin icrasına nəzarət mexanizminin yaradılması;

- Yekun sazişin BMT TŞ-nin qətnaməsi ilə təsdiqlənməsi;

- İran vəsaitlərinin yarısı azad edilməyənə, neft sanksiyaları dayandırılmayana və dəniz blokadası qaldırılmayana qədər yekun danışıqların başlamaması. Yekun saziş yalnız zənginləşdirilmiş uranın taleyi, uranın zənginləşdirilməsi, sanksiyaların ləğvi və İranın iqtisadi bərpa proqramı məsələlərini əhatə edəcək. İranın raket proqramı və müqavimət qruplarına dəstəyi mövzuları isə gündəlikdən tamamilə çıxarılıb.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, bu mətn hələ İranın müvafiq qurumları tərəfindən nəzərdən keçirilməli və yekunlaşdırılmalıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ