Modern.az

Rusiya ilə sərhəddə hərbi təlim keçirəcəklər

Rusiya ilə sərhəddə hərbi təlim keçirəcəklər

Dünya

Bu gün, 16:31

Litva, Polşa və Fransa iyunun 16-26-da Suvalki dəhlizi bölgəsində “Cəsur Qaban” (“Brave Boar”) adlı birgə hərbi təlimlər keçirəcək.

Modern.az xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təlimlər Litva və Polşa sərhədində yerləşən, strateji əhəmiyyət daşıyan Suvalki dəhlizi ərazisində təşkil olunacaq. Manevrlərdə üç ölkənin silahlı qüvvələrinin bölmələri iştirak edəcək.

Təlimlərin məqsədi müttəfiq qüvvələr arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, müdafiə hazırlığının artırılması və müxtəlif əməliyyat ssenarilərinin məşq edilməsidir.

Qeyd edək ki, Suvalki dəhlizi NATO üçün strateji əhəmiyyətə malik ərazi hesab olunur. Bu zolaq Polşa və Litvanı birləşdirir, eyni zamanda Rusiyanın Kalininqrad vilayəti ilə Belarus arasında yerləşir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ