Modern.az

İran-ABŞ memorandumu sabah imzalanmayacaq

İran-ABŞ memorandumu sabah imzalanmayacaq

Dünya

Bu gün, 17:22

İranla ABŞ arasında münaqişənin tənzimlənməsinə dair memorandumun bazar günü imzalanması baş tutmayacaq.

Modern.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

Onun sözlərinə görə, sənədin bazar günü imzalanması planlaşdırılmasa da, yaxın günlərdə bunun reallaşması istisna edilmir.

Qeyd edək ki, bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi İran və ABŞ arasında münaqişənin həllinə dair memorandumun yaxın günlərdə rəqəmsal formatda imzalana biləcəyini açıqlamışdı.

Eyni zamanda, Şahbaz Şərif də ABŞ və İran arasında razılaşmanın elektron formatda imzalanmasına hazırlıq görüldüyünü təsdiqləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ